Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib

Babək rayonunun Kültəpə kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, ilkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə