İrandan Azərbaycana 53 kq narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1991-ci il təvəllüdlü Sadıqov Amil Vidadi oğlu şübhəli şəxs qismində saxlanılıb, uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib.
Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-də 20 kiloqram 240 qram narkotik vasitə (19 kq 180 qram marixuana, 1060 qram metamfetamin), dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB