Yasamalda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə SİA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Porsche" markalı 90-OK-400 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abas Əmirov saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü A.Əmirovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB