Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Nuru Adəm oğlu Yaqubovun İrandan idxal etdiyi “Achachi Amesteris” əmtəə nişanlı şokoladlı konfet məhsullarından nümunələr götürülüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, laborator müayinə nəticəsində (20 oktyabr 2025-ci il-20 oktyabr 2026-cı il istehsal və son istifadə tarixli) məhsul partiyasında uyğunsuzluq aşkarlanıb.
Faktla bağlı müvafiq qərar qəbul olunaraq məhsul partiyası məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB