Nizami rayonunda alkoqolsuz içki emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakının Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 34 ünvanında fiziki şəxs İzayət İsmayıl oğlu İsmayılova məxsus alkoqolsuz içkilərin emalı müəssisəsində yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi məlum olub. Şüşə butulkaların yuyulması, etiketlənməsi və saxlanılması üçün sahənin ayrılmadığı aşkarlanıb. Məhsulların üzərində istehsalçı və istehsal ünvanı barədə yanlış məlumatların qeyd olunduğu, istifadə edilən qida əlavələrinin yararlılıq müddətinin bitdiyi və müşayiətedici sənədlərinin olmadığı müəyyənləşib. Eyni zamanda, “Aqua Mineral” əmtəə nişanlı qablaşdırılmış qazsız suyun etiket məlumatlarının göstərilmədiyi, “Vesyolıy Kruq” əmtəə nişanlı qazlı içkinin etiketində isə yanlış məlumatların bəyan edildiyi aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək istehsalın dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB