Paytaxtın Bakıxanov qəsəbəsində evdə partlayış baş verib, 2 nəfər xəsarət alıb - YENİLƏNİB 2

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin ərazisində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Partlayış nəticəsində sahəsi təxminən 12 kvadratmetr olan hovuz üçün nəzərdə tutulmuş beton örtükdən ibarət tikilinin beton konstruksiyaları dağılıb.

Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə