Xınalıq yolunda köməksiz qalan turist xilas edilib

Xınalıq yolunda köməksiz qalan turist xilas edilib. SİA-nın məlumatına görə, ölkəyə turist kimi gəlmiş Macarıstan Respublikası vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan “Hyundai” markalı avtomobillə qalan turistə lazımi köməklik göstəriliblər.

O, təhlükəsiz şəkildə hotelə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə