Mingəçevirdə 1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanılıb

Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən xəbər verilib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə