Xaçmazda minik avtomobili dərəyə aşıb

Xaçmazda minik avtomobili dərəyə aşıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Xaçmaz -Quba yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisində baş verib. “Daewoo Nexia” markalı minik avtomobilinin sürücüsünün dairəvi yolda idarəetməni itirməsi nəticəsində maşın yolun kənarındakı su kanalına aşıb.

Avtomobildə olanlar sakinlərin köməyi ilə dərədən çıxarılıb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə