Xətai rayonunda oğurladığı mopedi 485 manata satan şəxs saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, "Tufan" markalı mopedi oğurlamaqda şübhəli bilinən N.Süleymanzadəni polis əməkdaşları saxlayıb.
Qeyd edək ki, saxlanılan şəxs oğurladığı mopedi sonradan 485 manata satıb.
Binəqədi rayonu ərazisində isə Bakı sakini polisə müraciət edərək "Ford" markalı avtomobilindən mobil telefonun oğurlandığını bildirib.
Binəqədi RPİ 40-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı C.Rüstəmov müəyyən olunaraq saxlanılıb.
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB