Rusiyanın Ukraynanın Donetsk vilayətinə zərbələri nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb

Rusiya ordusunun son sutka ərzində Ukraynanın Donetsk vilayətinə hücumu nəticəsində iki nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Ukrayna KİV Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində daha üç nəfər yaralanıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə