Gəncədə məhkumun həbsindən əvvəl gizlətdiyi silah-sursat aşkarlanıb. Bu barədə SİA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Gəncə şəhərində, dəmiryolu xəttinin yanındakı tikilidə gizlədilmiş 1 ədəd "TT" markalı tapança, 1 ədəd tapança darağı, 5 ədəd 7,62 kalibrli tapança patronu, 4 ədəd 7,62 kalibrli avtomat patronu, 1 ədəd "F-1" markalı əl qumbarası və 1 ədəd süngü-bıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB