Xızıda minik maşını yanıb

Xızı rayonu ərazisində minik avtomobili yanıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə dekabrın 1-i günorta saatlarında Bakı-Quba-Rusiya federasiyası sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə gözlənilmədən alışan minik avtomobilini söndürmək mümkün olmayıb. Nəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə