Şəkidə yük avtomobili piyadanı vurub

Şəki rayonunun Turan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qəsəbə ərazisində Aslan Ağaverdiyev idarə etdiyi KAMAZ markalı avtomobillə piyada, 71 yaşlı Silom Süleymanovu vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın təfərrüatları araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə