Çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb...

...xəsarət alan olmayıb

Paytaxtın Nərimanov rayonunun Əlicabbar Orucov küçəsindəki çoxmərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

SİA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Hadisə zamanı xəsarət alan olmayıb.

18:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə