Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Axşam saatlarında Oğuz rayonunun Böyük Söyüdlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Qəza yerini polis əməkdaşları nəzarətə götürüb, hüquq-mühafizə orqanlarının nümayəndələri təhqiqat aparır.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə