Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Babək rayonunun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində qeydə alınıb. "VAZ 2107" markalı avtomobillə "KIA" markalı avtomobil toqquşub. Qəza nəticəsində ana Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə