Dəniz limanında yanğın baş verib

Los-Anceles limanında (Kaliforniya ştatı) konteyner gəmisi yanıb. SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə şəhərin meri Karen Bass məlumat yayıb.

"Los-Anceles limanında elektrik səbəbindən konteyner gəmisində baş verən yanğınla mübarizə aparılır. 100-dən çox yanğınsöndürən alovla mübarizə aparır, liman polisi heyətin təhlükəsizliyini təmin etməyə kömək edir", - o yazıb.

Şəhərin yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğından sonra gəminin göyərtəsində partlayış qeydə alınıb. Son məlumatlara görə, heyətin bütün üzvləri gəmidən təxliyə edilib. Onlar xəsarət almayıblar.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə