Bərdədə mal əti adı ilə at ətinin satışının qarşısı alınıb - FOTOLAR

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirib. Bu barədə SİA-ya VK-dan məlumat verilib.

Bildirilib ki, kollegiyanın inzibati binasında təşkil olunan görüş zamanı Anar Bağırov vəkil köməkçilərini salamlayaraq onları yeni fəaliyyət mərhələsinə başlamaları münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, habelə son illərdə VK-da aparılan islahatlar, vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən addımlar barədə məlumat verib.

Prezident İlham Əliyevin Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə imzaladığı sənədi yüksək qiymətləndirdiyini bildirən sədr vurğulayıb ki, qəbul edilmiş dəyişikliklər vəkillik institutunun inkişafı baxımından mühüm mərhələ təşkil edir. Xüsusilə, vəkil peşəsinə qəbul üçün tələb olunan hüquq sahəsində iş stajının bir ilədək azaldılması gənc hüquqşünasların peşəyə daha tez təcrübə toplamasına şərait yaradır, əlavə imkanlar açır, onların bu sahəyə keçid prosesini sürətləndirir.

Vəkil köməkçiliyinin hüquqşünasın peşəkar inkişaf yolunda xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən sədr bildirib ki, bu mərhələ gələcəyin peşəkar vəkillərinin formalaşmasında mühüm rol oynayır. Məhz vəkil köməkçisi kimi fəaliyyət göstərən gənclər həm nəzəri biliklərini möhkəmləndirir, həm də praktiki təcrübə qazanaraq gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə qədəm qoyurlar.

Anar Bağırov qeyd edib ki, hüquq sisteminin möhkəmlənməsi və cəmiyyətin hüquqi maariflənməsi prosesində vəkillər xüsusi missiya daşıyırlar. Bu baxımdan savadlı, məsuliyyətli və peşə etikası qaydalarına sadiq olan hüquqşünaslara hər zaman ehtiyac olduğu diqqətə çatdırılıb.

Sədr vurğulayıb ki, Kollegiya vəkil köməkçilərinin peşə hazırlığının artırılmasına hər zaman xüsusi önəm verir, onların təcrübə mühitinə inteqrasiyası üçün əlverişli şərait yaradır. Eyni zamanda sədr gənc hüquqşünasları aktiv olmağa, təcrübəli vəkillərlə sıx əməkdaşlıq etməyə, bilik və bacarıqlarını davamlı olaraq təkmilləşdirməyə çağırıb.

Həmçinin Anar Bağırov VK Rəyasət Heyətinin 14 oktyabr 2024-cü il tarixli qərarı ilə vəkil köməkçilərinə vəkilliyə qəbul üzrə ixtisas imtahanında tətbiq olunan güzəştlərdən danışaraq qeyd edib ki, bu addım gənclərin vəkillik peşəsinə marağının artmasına, onların gələcək karyera planlamasında daha əlverişli imkanların yaranmasına xidmət edir.

Görüşün sonunda vəkil köməkçilərinə vəsiqələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə