Paytaxtın Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs axşam saatlarında rayon ərazisində yerləşən turizm şirkətlərinin birindən 20 min manat oğurlayıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar nəticəsində onun daha bir vətəndaşa məxsus mağazadan 620 manat oğurladığı da məlum olub.

Digər tədbirlər zamanı isə rayon ərazisində yerləşən özəl klinikaların birindən 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov tutulub.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə