Lənkəranda atmosferi çirkləndirən avtomobillərin sürücülərinə qarşı tədbir görüldü
Ətraf mühitin mühafizəsi sahəsində nəzarət tədbirlərinin artırılması, avtomobillərdən atmosferə atılan zərərli tullantıların insan sağlamlığına vurduğu zərərin azaldılması məqsədilə Lənkəranda “Təmiz hava” aylığı ilə bağlı tədbirlər keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı saxlanılan avtomobillər xüsusi cihaz vasitəsilə yoxlanılıb. Sürücülərin diqqətinə çatdırılıb ki, avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB