Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Şiləvar kəndində fiziki şəxs Abbasqulu Nuri oğlu Abbasova məxsus “Hər gün” marketdə keçirilmiş plandankənar yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, marketdə istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı ümumi çəkisi 86,84 kiloqram qida məhsulu və ümumi həcmi 9.5 litr alkoqolsuz içki müəyyən edilərək satışdan kənarlaşdırılıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB