Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul olunmaqla beynəlxalq axtarışa verilib.

Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin ölkəmizə gətirilməsi üçün tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə