Sabunçu və Nəsimi rayonlarında nəqliyyat vasitələrini qaçıran şəxslər saxlanılıblar

Sabunçu rayonu ərazisində paytaxt sakini olan bir nəfərin “Geely” markalı avtomobili qaçırılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə birgə saxlanılıblar.

Nəsimi rayonu ərazisində isə bir nəfərə məxsus “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə