Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb

Abşeronda şirniyyat sexində kişinin əli dəzgahda qalıb

Abşeronda şirniyyat sexində bədbəxt hadisə baş verib. SİA xəbər verir ki, Masazır qəsəbəsinin ərazisində yerləşən şirniyyat sexində işləyən qəsəbə sakini - 1980-ci il təvəllüdlü Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli dəzgahda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə