Gədəbəydə qətl hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Rayon sakini, 1988-ci il təvəllüdlü R. İlyasov bıçaqlanıb və aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müvafiq ekspertiza aparılması üçün aidiyyəti quruma təhvil verilib.
İlkin məlumata görə, 37 yaşlı kişini atası İ. İlyasov bıçaqlayaraq qətlə yetirib. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Əraziyə prokurorluq və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB