Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib

Şəkidə 50 yaşlı şəxs qətlə yetirilib. Cinayət hadisəsi rayonun Turan qəsəbəsində baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün saat 18 radələrində Şəki rayonunun Turan qəsəbəsi ərazisində 50 yaşlı Mehman Bayramov kəsici alətlə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov polisə könüllü təslim olub.

Polis əməkdaşları ərazini nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə