Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, nazirlikdən verilən məluumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7 kvadratmetr olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30 kvadratmetr sahədə yanıb.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə