Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxsi polis saxlayıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, ondan 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə