Fərdi yaşayış evində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gədəbəy rayonunun Novasaratovka kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli evin və tövlənin yanar konstruksiyaları, həmçinin tövlənin damına yığılmış 6 ton ot bağlaması, bitişik tikilmiş ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli evin ikinci mərtəbəsində iki otağın tavanı 25 kvadratmetr və dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə