Şamaxı rayonunda qadın həyat yoldaşı tərəfindən odlu silahla qətlə yetirilib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan SİA-nın Şirvan bürosuna bildirilib ki, rayon sakini, əvvəllər polis şöbəsində polis nəfəri kimi xidmət etmiş, lakin bir müddət öncə öz arzusu ilə xidmətdən xaric olunmuş P.Tağıyev odlu silahdan açdığı atəşlə G.Eynalovaya xəsarət yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
P.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

USD
EUR
GBP
RUB