Ağdərədə yük maşını aşıb, sürücü xəsarət alıb

Ağdərədə yük avtomobili qəza törədib. SİA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayonun Canyataq kəndi ərazisində qeydə alınıb.

Belə ki, "HOWO" markalı yük maşınının aşması nəticəsində sürücü, 1976-cı il təvəllüdlü Tağıyev Elşən Zirəddin oğlu oğlu ağır xəsarət alıb.

Yaralı Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə