Bakıda evakuator aşıb, yola yağ və yanacaq dağılıb

Bakı şəhəri, Xətai rayonu Zığ-Beton yolunun kəsişməsində evakuatorun aşması nəticəsində yola yağ və yanacaq dağılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Məlumata görə, yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin aşması nəticəsində ətrafa dağılmış yağ və yanacaq yuyularaq mümkün yanğın təhlükəsi aradan qaldırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə