Heyvan mənşəli məhsulların emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb - FOTOLAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, Gəncə-Şəmkir şosesində fəaliyyət göstərən “Azerpetfood” MMC-yə məxsus heyvan mənşəli məhsulların emalı müəssisəsində yoxlama aparıblar. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, yoxlama zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Müəssisənin emal sahələrinin antisanitar vəziyyətdə olduğu, xammalın qəbulu və texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, istifadə olunan alət, avadanlıq və ləvazimatların təmiz saxlanmadığı, ümumilikdə məhsulların hazırlandığı sahələrin çirkli mühitə malik olduğu və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, hüquqi nümayəndəsi barədə inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
                        
                        
                        
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB