Bakıda mağazadan 30 min manatlıq dam örtükləri oğurlanıb

Bakı şəhərində noyabrın 1-də mağazadan 30 min manat dəyərində dam örtükləri oğurlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə