İsmayıllıda iki avtomobil toqquşub, 1 nəfər ölüb

İsmayıllıda iki avtomobil toqquşub ölən var. SİA-nın Şirvan bürosu xəbər verir ki, dünən İsmayıllı rayonunun Buynuz kəndi ərazisində Vüsal Rubilzadənin idarə etdiyi “Kia” və Zeynəddin Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə