Dağıstanlı qadın Məkkədə Ümrə ziyarətini yerinə yetirərkən vəfat edib...

...Rusiya vətəndaşı Səudiyyə Ərəbistanında Ümrə ziyarəti zamanı vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Vestnik Kavkaza” xəbər verir.

Dağıstanlı zəvvar taksi qəzasına düşüb və dünyasını dəyişib. O, Məkkədə dəfn olunacaq.

...Təəssüflə bildiririk ki, ötən gün Ümrə ziyarətinə başlamaq üçün Aişə məscidinə taksi ilə gedərkən faciəvi qəza baş verib. Nəticədə zəvvarlarımızdan biri olan Muminat vəfat edib, - deyə ziyarəti təşkil edən Dağıstan şirkəti Marva-Tour bildirib.

Tur operatorunun rəhbərliyi mərhumun ailəsinə başsağlığı verib.

Qeyd edildiyi kimi, Mumminat Məkkədə dəfn olunacaq. Səudiyyə Ərəbistanı Krallığının qanunlarına görə, vəfat etmiş zəvvarların qalıqları vətənlərinə qaytarılmır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə