Qusar Rayon Prokurorluğunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 5 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Hil meşəbəyliyinin meşə gözətçisi vəzifəsində işləmiş Abuyev Zahid Abuzahir oğlu barəsində cinayət işi başlanılıb. Bu barədə SİA-nın bölgə müxbiri xəbər verir. İlkin istintaqla müəyyən edilib ki, Zahid Abuyev Qusar rayonunun Kirig, Cibir və Ləcət kəndlərinin ərazisində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vəzifə mövqeyindən qanunsuz şəkildə istifadə etməklə sakinlərdən müxtəlif məbləğlərdə rüşvət alıb. Z.Abuyev vəzifə borclarının icrası ilə bağlı qanunsuz üstünlüklər əldə etməyə çalışıb və təkrarən rüşvət almaqda şübhəli bilinir.
Qusar Rayon Prokurorluğunda aparılan istintaq zamanı müəyyən olunub ki, Zahid Abuyev xidməti mövqeyindən sui-istifadə edərək təbiət abidələrinin, meşə sahələrinin və digər qorunan ərazilərin mühafizəsi üzrə vəzifə səlahiyyətlərini kobud şəkildə pozub.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.2 və 311.3.4-cü (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Zahid Abuyev oktyabrın 30-da şübhəli şəxs qismində saxlanılıb və bu gün məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB