Ağacların qanunsuz kəsiminə görə yaşıllıqlara 75 min manatdan çox ziyan dəyib
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz və Samux rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. SİA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edilib ki, araşdırma zamanı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 13 ünvanında, Quba rayonu Çiçi kəndi, Xaçmaz rayonu Seyidlər kəndi ərazisində və Samux rayonu Kür çayının sağ sahilində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 75 770 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB