Masallı rayonunun Qodman kəndində yerləşən yaşayış evlərindən birindən 3 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. SİA-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Polis Şöbşsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Yasin Mürşüdov saxlanılıb.
Araşdırmalarla onun Qodman kəndində yerləşən digər bir evdən də 1000 manat pul və 300 manat dəyərində bəzək əşyaları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı cinayət işi başlanılıb, Y. Mürşüdov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB