Dələduzluq yolu ilə 12 min manatdan çox pulu ələ keçirən şəxs saxlanılıb

Bakının Suraxanı rayonunda dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 27 yaşlı S.Hüseynov saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla məlum olub ki, o, iki nəfəri maşın satacağı vədi ilə aldadaraq ümumilikdə 12 min 300 manatlarını dələduzluq yolu ilə ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə