Lənkəranda şərab evində normativ tələblərin pozulduğu aşkarlanıb - FOTOLAR

Lənkəran şəhəri, Füzuli küçəsi 121A ünvanında fəaliyyət göstərən, Orxan Oktay oğlu Baxşızadəyə məxsus şərab evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Bu barədə SİA-ya AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, ictimai iaşə obyektinin satış vitrinində Azərbaycan dilində markalanması və istehsalçı barədə məlumatları olmayan “Имперская”, “Тigoda”, “Столовая”, “Русский Дозор”, “Российская Корона” əmtəə nişanlı araq məhsulları aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib olunub, məhsulların satışı məhdudlaşdırılıb, nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə