Xaçmazda avtoxuliqanlıq edən sürücü həbs edilib. DİN-in Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rayonda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "VAZ-21099" markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Nəbiyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB