Salyan rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı VAZ-21015 və VAZ-2106 markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alanlar - Mürsəl Əsgərov, Xatirə Əsgərova, Təbriz Əliyev, Niyaməddin Nuriyev, Abdulla Babayev, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB