Ağdamda avtoxuliqanlıq edərək videogörüntülərini sosial şəbəkədə yayan şəxs həbs olunub
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə