Baş Prokurorluq: Şəxsin iş yerində yıxılaraq ölməsi faktı ilə bağlı araşdırma aparılır
Sentyabrın 17-də Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində tikişçi işləyən Güllü Qədiməliyevanın müəssisə binasının 2-ci mərtəbəsində istifadə olunmayan boş otaqların birinə daxil olarkən döşəmənin sınması səbəbindən sonuncunun binanın birinci mərtəbəsinə beton səthə yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. SİA xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Baş Prokurorluğun mətbuat xidməti bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə