Gəncə və Göygöldə kütləvi qidalanmanın təşkilinə nəzarət məqsədilə monitorinqlər aparılır
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kütləvi tədbirlər zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar hazırlıq işlərini davam etdirir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, görülən tədbirlər çərçivəsində Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Gəncə şəhəri və Göygöl rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin qida təhlükəsizliyi sahəsində qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçiriblər.
Bəzi ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb, nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
Həmin müəssisələrin siyahısı ilə linkdə tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə