Nizami rayonunda ev yanır

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə