Sabirabad rayonunda qətl hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə ötən gecə Sabirabad rayonunun Moranlı kəndində baş verib.
Moranlı kənd sakini, 1992-ci il təvəllüdlü Əliyev Əli həmkəndlisi 1983-cü il təvəllüdlü Əliyev Rüstəm Mehman oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdikdən sonra başını bədənindən ayırıb.
Əli Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad prokuroluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə