Beyləqanda iki avtomobil toqquşub, 1 nəfər ölüb

Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) “Lexus” və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanğın nəticəsində “BMW” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə